Suriya kürdləri Əlriqqə vilayətində Türkiyə ordusu ilə kəskin şəkildə döyüşüblər
Suriya kürdləri ilə Türkiyə ordusu və onun müttəfiqləri arasında Əlriqqə vilayətində gedən döyüşlərdə onlarla nəfər ölüb və yaralanıb.
Suriya insan haqları gözətçisi adlı mərkəz bu gün səhər tezdən bildirib ki, bu döyüşlərin ikinci günündə Türkiyə ordusu M4 adlı beynəlxalq şose yoluna yiyələnməyə çalışır.
Bu döyüşlərdə indiyədək Türkiyə ilə müttəfiq qrupların on üç üzvü və Suriya demokratik qüvvələrin altı üzvü öldürülüb.
Həmçinin iki tərəfin yaralılarından bəzilərinin vəziyyətlərinin ağır olmalarına görə, tələfatın artması ehtimalı var.
Digər tərəfdən, Suriyanın rəsmi SANA informasiya agentliyi Türkiyə ordusu ilə müttəfiqlərinin Əlriqqənin şimalında yerləşən "Əyn İsa" qəsəbəsinə qarşı geniş hücumdan xəbər verib.
Ağır texnika ilə həyata keçirilməkdə olan bu hücumlar Əyn İsa sakinlərinin geniş şəkildə didərgin düşmələrinə bais olubdur.
Türkiyə ordusu terrorizmlə mübarizə və Suriya-Türkiyə sərhədini Ankaranın terrorçu hesab etdiyi kürd yarımhərbçilərdən təmizləmə bəhanəsilə oktyabrın 9-da Suriyanın şimalına hücum etdi.
Digər tərəfdən, Suriya rəsmiləri dəfələrlə vurğulayıblar ki, öz ərazi bütövlükləri və suverenliklərini qoruyacaqlar.