Yəmən aviasiya təşkilatının sədri Səna hava limanının yenidən açılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352740-yəmən_aviasiya_təşkilatının_sədri_səna_hava_limanının_yenidən_açılmasını_istəyib
Yəmən aviasiya təşkilatının sədri bir daha BMT-dən və Təhlükəsizlik Şurasından istəyibdir ki, Səna beynəlxalq hava limanının yenidən açılması üçün təcili addım atsınlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2019 17:56 Asia/Baku
  • Yəmən aviasiya təşkilatının sədri Səna hava limanının yenidən açılmasını istəyib
    Yəmən aviasiya təşkilatının sədri Səna hava limanının yenidən açılmasını istəyib

Yəmən aviasiya təşkilatının sədri bir daha BMT-dən və Təhlükəsizlik Şurasından istəyibdir ki, Səna beynəlxalq hava limanının yenidən açılması üçün təcili addım atsınlar.

Yəmən aviasiya təşkilatının sədri Mazən Qanim deyib: Təcavüzkar səud koalisiyasının Yəmənə qarşı təcavüzü beynəlxalq qanun və qaydalara zidd olaraq Səna beynəlxalq hava limanının bağlanmasına səbəb olubdur.

Qanim bəzi social şəbəkə və saytlarda Səna beynəlxalq hava limanının mülki uçuşlar üçün açılmasına dair xəbərləri təkzib edibdir.

Yəmən aviasiya təşkilatının sədri deyib: Dünya ictimaiyyətinin biabırçı sükutu sayəsində təcavüzkar səud koalisiyası bu hava limanını mülki uçuşlar qarşısında bağlı saxlayıbdır.

Yəmənin səhiyyə nazirliyi də son zamanlar bildiribdir ki, təcavüzkar səud koalisiyasının Yəmənə hücumu və bu ölkəni mühasirə etməsindən sonra beş milyon 400 min nəfərdən çox insan pis qidalanmadan əziyyət çəkir.

Bu nazirlik əlavə edib: Ərəbistanın Yəməni mühasirə etməsilə müalicə üçün xaricə gedə bilmədiynə görə, 43 min xəstə həyatını itiribdir.