Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352854-sionist_rejim_qırıcıları_qəzzə_zolağına_hücum_ediblər
Sionist rejim qırıcıları bu gün səhər tezdən iki dəfə Qəzzə zolağını hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2019 07:29 Asia/Baku
  • Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər

Sionist rejim qırıcıları bu gün səhər tezdən iki dəfə Qəzzə zolağını hədəfə alıblar.

Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları iki dəfə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus bölgəsini bombalayıblar.

Hələ bu hücumun törətdiyi xəsarət və tələfat barədə bir məlumat yayılmayıbdır.

Sionist rejim ordusu iddia edib ki, bu hücum Qəzzə zolağından işğal olunmuş ərazilərə tərəf beş ədəd raketin atılmasına cavab olaraq həyata keçirilibdir.

Sionist rejimin qırıcıları, vertlyotları, pilotsuzları və artilleriyası son həftələr ərzində dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.