Rusiya Suriya kürdlərinə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352857-rusiya_suriya_kürdlərinə_xəbərdarlıq_edib
Rusiyanın xarici işlər naziri xəbərdarlıq edib ki, Suriya kürdlərinin əhd pozmaları və Soçi anlaşmasının icrasından çəkinmələrinin yaxşı nəticəsi olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2019 07:31 Asia/Baku
  • Rusiya Suriya kürdlərinə xəbərdarlıq edib

Rusiyanın xarici işlər naziri xəbərdarlıq edib ki, Suriya kürdlərinin əhd pozmaları və Soçi anlaşmasının icrasından çəkinmələrinin yaxşı nəticəsi olmayacaq.

Sergey Lavrov dünən Moskvada İslandiyanın xarici işlər naziri Qudlauqur Tor Tordarson ilə birgə mətbuat konfransında deyib: Mən Suriy demokratik qüvvələrinə və bütövlükdə Suriya kürdlərinin rəhbərliyinə tövsiyə edirəm ki, öz şəraitlərinə diqqət yetirib Soçi anlaşmasının maddələrini icra etsinlər.

Lavorv söyləyib: Suriya prezidenti ilə Suriya kürdləri rəhbərliyinin Soçi anlaşması barədəki razılığını aldıqdan sonra Amerika öz mövqeyini dəyişdi və bildirdi ki, öz qüvvələrini Suriyanın neft yataqlarını qorumaq üçün bu ölkədə qoruyub saxlayacaq. Suriya kürdləri də Soçi anlaşmasının icrasına olan şövqlərini itirdilər və Amerikanın himayəsinə ümid bağladılar.

Sergey Lavrov əlavə edib: Suriyalı kürdlər bu reallığı bilməlidirlər ki, onların mənafeyi yalnız Suriyanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür və bu məqsədlə Suriya hökumətilə tam şəkildə müzakirə aparmalıdırlar.

Rusiya və Türkiyə iki ölkə başçılarının 22 oktyabr tarixli Soçi müzakirələri gedişində on maddəlik bir anlaşma sənədi imzaladılar ki, ona əsasən, kürd yarımhərbçilər Suriyanın şimal-şərq sərhəd bölgələrindən çıxmalıdırlar.

Suriya prezidenti Bəşşar Əsəd elə həmin zaman bu ölkənin şimal-şərqində yaranmış böhranın həlli barədə Rusiya ilə Türkiyə arasındakı Soçi anlaşmasını müvəqqəti adlandırmışdı.