Suriya ordusu Türkiyə PUA-nı vurub
-
Suriya ordusu Türkiyə PUA-nı vurub
Suriyanın rəsmi mənbələri dünən gecə xəbər veriblər ki, bu ölkə ordusu Türkiyə ordusuna aid olan bir pilotsuzu Suriyanın şimal-şərqində yerləşən Qamışlı bölgəsinin ətrafında vurubdur.
Suriyanın rəsmi informasiya agentliyi olan SANA xəbər veribdir ki, pilotsuz uçan aparat əl-Həsəkə vilayətinin Qamışlı şəhərinin yaxınlığındakı Hamu kəndində vurulubdur.
SANA həmçinin Suriya ordusuna istinadla xəbər veribdir ki, suriyalı hərbçilər Türkiyə qüvvələri və bu ölkənin himayəsi altında olan silahlı qrupların əl-Həsəkə vilayətinin Təl-Təmər bölgəsinin qərbində yerləşən Təl-Əlləbən kəndinə qarşı hücumunu dəf ediblər..
Türkiyə ordusunun “Sülh bulağı” əməliyyatı adlandırılan Suriyanın şimalına hərbi təcavüzü terrorizmlə mübarizə və Suriya-Türkiyə sərhədinin Ankaranın terrorçu adlandırdığı kürd yarımhərbçilərindən təmizlənməsi bəhanəsilə cari ilin 9 oktyabrında başlandı.
Türkiyə ordusunun Suriyanın şimalına qarşı hücumundan sonra Suriya kürdləri bu ölkə hökumətindən istədilər ki, Suriyanın şimal bölgələrinin nəzarətini əlinə alsın və Türkiyənin hücumları qarşısında onları qorusun.
Suriya prezidenti Bəşşar Əsəd son zamanlar vurğuladı ki, Suriya ordusu lazım gələrsə, qəsbkarları çıxarmaq üçün gücdən istifadə edəcək.