Sionist rejim UNRWA-nın işğal olunmuş Qüdsdəki fəaliyyətini dayandırmaq istəyir
-
Sionist rejim UNRWA-nın işğal olunmuş Qüdsdəki fəaliyyətini dayandırmaq istəyir
Sionist rejim BMT-nin fələstinli didərginlər üçün nəzərdə tutulmuş Kömək və İşəgötürmə Agentliyi- UNRWA-nın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində bu beynəlxalq təşkilatın işğal altında olan Qüdsdəki fəaliyyətini tam şəkildə dayandıracaq bir qanun qəbul etməyə çalışır.
Sionist rejim parlamenti- knessetin üzvü və işğal olunmuş Qudsün keçmiş meri Nir Barkat hazırda, işğal altında olan Fələstin ərazilərində UNRWA-dan sionist rejimə qarşı təhrik və nifrət vasitəsi kimi istifadə edildiyini bildirib.
ABŞ hökuməti "əsrin sövdələşməsi" ni qəbul etmələri üçün fələstinlilərə təzyiq göstərmək üçün 2018-ci ilin yanvarında UNRWA-ya verdiyi 300 milyon dollarlıq yardımını kəsdi.
UNRWA qərb sahilində, Qəzzə zolağında, həmçinin İordaniya, Livan və Suriyada 6 milyona yaxın didərgin və mühacirə kömək edirdi və bu yardımın kəsilməsi agentlik üçün böyük maliyyə böhranı yaradıbdır.