Ziqar vilayətində iraqlı aksiyaçıların öldürülmələri haqda təhqiqat başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352974-ziqar_vilayətində_iraqlı_aksiyaçıların_öldürülmələri_haqda_təhqiqat_başlanıb
İraq Ali Məhkəmə Şurasının məsul şəxsi bu ölkənin cənubunda yerləşən Ziqar vilayətində iraqlı etirazçılardan bir qrupunun öldürülməsi barədə təhqiqat heyətinin təşkilindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 15:26 Asia/Baku
  • Ziqar vilayətində iraqlı aksiyaçıların öldürülmələri haqda təhqiqat başlanıb
    Ziqar vilayətində iraqlı aksiyaçıların öldürülmələri haqda təhqiqat başlanıb

İraq Ali Məhkəmə Şurasının məsul şəxsi bu ölkənin cənubunda yerləşən Ziqar vilayətində iraqlı etirazçılardan bir qrupunun öldürülməsi barədə təhqiqat heyətinin təşkilindən xəbər verib.

Əbdussəttar Birqədar deyib ki, İraq Ali Məhkəmə Şurası ötən iki gündə öldürülmüş bir qrup iraqlı aksiyaçının ölümü barədə təcili təhqiqatın aparılması üçün Ziqarın apellyasiya məhkəməsinin sədr müavinlərindən bir neçəsinə şamil olan bir heyət təşkil edəcək.

Ziqar vilayəti bu gün səhərdən bəri bir qrup aksiyaçı ilə təhlükəsizlik qüvvələri arasında toqquşmanın şahididir. Bu toqquşmada bir qrup insan ölüb və yaralanıbdır.

Suməriyyə Nyus telekanalı xəbər veribdir ki, iraqlı aksiyaçılar bu gün Ziqar vilayətinin polis mərkəzinin binasını mühasirə ediblər.

İraqın polis komandanlığı gərginliyin dayandırılması və daha çox qan axıdılmasının qarşısının alınması üçün tanınmış şəxsiyyətlər və ruhanilərin məsələyə qarışmalarını istəyib.

Kərbəla polis komandanlığı da bir açıqlamada bildiribdir ki, etirazçıların arasına sızmış iğtişaşçılar tərəfindən qumbaranın atılması nəticəsində bu şəhərin polis qüvvələrindən bir qrupu yaralanıbdır.