Ayətullah Sistani düşmənlərin fitnələri haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352976-ayətullah_sistani_düşmənlərin_fitnələri_haqda_xəbərdarlıq_edib
İraqın ali dini mərcəyi xəbərdarlıq edib ki, düşmənlər və onların amilləri İraqda hərc-mərcliyi, dağıntını və vətəndaş müharibəsini yaymaq ardıncadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 16:41 Asia/Baku
  • Ayətullah Sistani düşmənlərin fitnələri haqda xəbərdarlıq edib
    Ayətullah Sistani düşmənlərin fitnələri haqda xəbərdarlıq edib

İraqın ali dini mərcəyi xəbərdarlıq edib ki, düşmənlər və onların amilləri İraqda hərc-mərcliyi, dağıntını və vətəndaş müharibəsini yaymaq ardıncadırlar.

İraqın ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistani bu gün öz nümayəndəsi Seyyid Əhməd Əl-Safi tərəfindən Kərbəlanın cümə namazı xütbələrində qiraət olunan bəyanatında bildirib: Xalqın haqlı tələblərinə göz yummaq, bütün İraq xalqı üçün ağır xərclərə gətirib çıxaracaq.

Ayətullah Sistani ictimai və xüsusi əmlakların qorunmasını vurğulayaraq, aksiyaçılardan istəyibdir ki, qeyri-dinc aksiyaçıları və sıralarına sızmış ünsürləri özlərindən uzaqlaşdırsın və onlara ictimai və xüsusi əmlaklara zərər vurmaq və onları dağıtmaq icazəsi verməsinlər.

İraqın ali dini mərcəyi əlavə edib: Ötən iki aydakı etirazlara əsasən və qan axıdılmasının qarşısını almaq üçün İraq parlamenti ölkənin suverenliyinin qorunması və milli maraqlar çərçivəsində öz seçimlərini yenidən nəzərdən keçirməlidir.