Siyasi cərəyanlar Livanın hazırkı böhrandan çıxmasına çalışınlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352977-siyasi_cərəyanlar_livanın_hazırkı_böhrandan_çıxmasına_çalışınlar
Livan prezidenti bu ölkənin bütün siyasi cərəyanlarının Livanın hazırkı böhrandan çıxması üçün səy göstərmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 17:05 Asia/Baku
  • Siyasi cərəyanlar Livanın hazırkı böhrandan çıxmasına çalışınlar
    Siyasi cərəyanlar Livanın hazırkı böhrandan çıxmasına çalışınlar

Livan prezidenti bu ölkənin bütün siyasi cərəyanlarının Livanın hazırkı böhrandan çıxması üçün səy göstərmələrini istəyib.

Livan prezidenti Mişel Oun xalqın bu ölkənin son etirazlarındakı tələblərini təsdiq edərək, deyib: Xalqın xüsusən korrupsiya ilə mübarizə sahəsindəki tələblərinin reallaşması üçün yeni islahatlar icra olunacaq.

Livan prezidenti həmçinin ərəb ölkələrinin Livanın hazırkı iqtisadi durumdan çıxmasına kömək etmələrini vurğulayaraq, deyib: Livanın qeyri-münasib iqtisadi şəraitinin bir hissəsi, suriyalı didərginlərin Livana axınından irəli gəlir.

Belə bir halda, Livan parlamentində Hizbullah-ın tabeliyində olan "müqavimətə sədaqət" fraksiyası bildirib: Livanın təhlükəli iqtisadi və pul vəziyyətinə baxılması milli məsuliyyətin qəbul edilməsinə ehtiyaclıdır ki, iqtisadi şəraitin yaxşılaşması üçün lazımi addımlar atılmış olsun.