Yəmən ordusu səud təcavüzkarların vertolyotunu məhv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352980-yəmən_ordusu_səud_təcavüzkarların_vertolyotunu_məhv_edib
Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın cənubunda yerləşən Əsir sərhəd bölgəsində səud təcavüzkarlarının bir ədəd “Apaçi” vertolyotunun vurulmasından xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 29, 2019 17:54 Asia/Baku
  • Yəmən ordusu səud təcavüzkarların vertolyotunu məhv edib
    Yəmən ordusu səud təcavüzkarların vertolyotunu məhv edib

Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın cənubunda yerləşən Əsir sərhəd bölgəsində səud təcavüzkarlarının bir ədəd “Apaçi” vertolyotunun vurulmasından xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri deyib ki, bu ölkə ordusunun hava hücumundan müdafiə sistemi bu gün səhər Əsir sərhəd bölgəsinin “Məcazə” məntəqəsində düşmənçilik tapşırığını yerinə yetirməklə məşğul olan səud təcavüzkarlarının bir ədəd “Apaçi” vertolyotunu məhv edib.

Yəhya Səri vurğulayıb: Yəmən ordusunun hava hücumundan müdafiə sistemi səud vertolyotunu “yer-hava” raketinin atışı və tezliklə elan olunacaq texnologiyadan istifadə ilə vurubdur və vertolyotun iki pilotu öldürülübdür.

Yəmənin ordusu və xalq komitələri səud koalisiyasının Yəmənə hücumlarının başlanmasından bəri Ərəbistanın və müttəfiqlərinin onlarla pilotsuzunu məhv ediblər.