Təl-Əvivdə Netanyahuya qarşı etiraz aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353106-təl_Əvivdə_netanyahuya_qarşı_etiraz_aksiyası_keçirilib
İşğal olunmuş Fələstində minlərlə adam dünən gecə Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiya əməllərinə qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2019 05:47 Asia/Baku
  • Təl-Əvivdə Netanyahuya qarşı etiraz aksiyası keçirilib
    Təl-Əvivdə Netanyahuya qarşı etiraz aksiyası keçirilib

İşğal olunmuş Fələstində minlərlə adam dünən gecə Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiya əməllərinə qarşı etiraz aksiyası keçirib.

İRNA-nın verdiyi məlumata görə, aksiya iştirakçıları şüarlar səsləndirərək Netanyahunu istefaya çağırıblar. 

Son aylar ərzində işğal olunmuş əraizlər dəfələrlə Netanyahunun korrupsiya əməllərinə qarşı etirazların şahidi olub. 

Sionist rejimin baş prokuroru Avixay Mendelblit 21 noyabrda Netanyahuya yarşı rəsmən cinayət işi elan etdi və onu korrupsiya, saxtakarlıq və ümumi etimaddan su-istifadədə ittihamlandırdı. 

Netanyahu son aylar ərzində 4 korrupsiya işinə cəlb olunub. Medialarda bu işlər " 1000 dosiyası" , " 2000 dosiyası", " 3000 dosiyası" və " 4000 dosiyası" adları ilə tanınır.