ABŞ-ın növbəti 20 hərbi yük maşını İraqdan Suriyaya köçürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353109-abŞ_ın_növbəti_20_hərbi_yük_maşını_İraqdan_suriyaya_köçürülüb
Suriyadakı mənbələr ABŞ ordusunun hərbi silah sursatlarını daşıyan 20-dən çox yük maşınının İraqdan Suriya ərazisinə daxil edildiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2019 07:42 Asia/Baku
  • ABŞ-ın növbəti 20 hərbi yük maşını İraqdan Suriyaya köçürülüb
    ABŞ-ın növbəti 20 hərbi yük maşını İraqdan Suriyaya köçürülüb

Suriyadakı mənbələr ABŞ ordusunun hərbi silah sursatlarını daşıyan 20-dən çox yük maşınının İraqdan Suriya ərazisinə daxil edildiyini bildiriblər.

Suriyalı qaynaqlar bildiriblər ki, Amerikanın terrorçu hərbçilərinin yük maşınları İraqdan Suriyanın şimal şərqində yerləşən Əl-Həsəkə vilayətinə daxil oedilib. 

Son vaxtlar da Amerikanın  hərbi silah-sursat daşıyan 70-dən çox hərbi yük maşını Suriyanın Əl-Həsəkə vilayətində neft yataqları yaxınlığına göndərilmişdir. 

Amerikanın hərbi karvanının Suriyaya daxil olması elə bir şəraitdədir ki, ABŞ prezidenti Donald Tramp oktyabrda Amerikan hərbçilərin Suriyanı tərk edəcəklərini iddia etmişdi. 

Tramp həmin iddiadan bir neçə gün sonra bəzi amerikan hərbçilərin Suriyanın neft yataqlarını "mühafizə" üçün bu ölkədə qalacağını dedi. 

Suriyanın Birləşmiş Mİllətlər Təşkilatındakı nümayəndəsi Bəşar Əl-Cəfəri son vaxtlar Təhlükəsizlik Şurasının iclasında Suriyadakı siyasi prosseslər barədə deyib: Amerika Suriyanın neft quyularını işğal edib və Suriya xalqının sərvətlərini Təhülkəsizlik Şurasının susqunluğu sayəsində qarət edir. 

Suriya neftinin 90 faizi Fərat çayının şərq ərazilərində yerləşir. 

Bu ərazilər öncə İŞİD terrorçularının nəzarətində idi və hal-hazırda Amerikanın dəstəklədiyi kürd yaraqlılarının nəzarətindədir.