Yəmənlilər Səudiyyə Ərəbistanının bir ədəd PUA-nı məhv ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353111-yəmənlilər_səudiyyə_Ərəbistanının_bir_ədəd_pua_nı_məhv_ediblər
Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə bölməsi dünən gecə ölkənin şimalında yerləşən Həccə vilayətində təcavüzkar Səudiyyə Ərəbistanının bir ədəd Pilotsuz Uçan Aparatını məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2019 07:43 Asia/Baku
  • Yəmənlilər Səudiyyə Ərəbistanının bir ədəd PUA-nı məhv ediblər
    Yəmənlilər Səudiyyə Ərəbistanının bir ədəd PUA-nı məhv ediblər

Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə bölməsi dünən gecə ölkənin şimalında yerləşən Həccə vilayətində təcavüzkar Səudiyyə Ərəbistanının bir ədəd Pilotsuz Uçan Aparatını məhv edib.

İRİB-in verdiyi məlumata görə, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əssəri deyib: PUA bir ədəd quru-hava raketi ilə hədəfə alınıb. 

Səudiyyə koalisiyasının Yəmənə hücuma başladığı gündən Yəmən ordusu və xalq komitələri indiyədək Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin onlarla casusluq PUA-larını məhv ediblər. 

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin Səudiyyə təcavüzkarlarının sərhəd cəbhələrindəki 3 genişmiqyaslı hücumunun dəf olunduğundan xəbər verib. 

Yəhya Əssəri deyib: Təcavüzkarlar indiyədək sərhəd cəbhələrində irəliləyə bilməyiblər və yəmənli qüvvələrin əks hücumları nəticəsində onlarla səudiyyəli və sudanlı öldürülüb. 

Sudan ordusu 2015-ci ildən bəri hərbi qüvvə və təchizatlar göndərərək Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarında iştirak edir.