Əfqanıstanın şimalında Abdulla Abdullanın tərəfdarları aksiya keçiriblər
-
Əfqanıstanın şimalında Abdulla Abdullanın tərəfdarları aksiya keçiriblər
Əfqanıstanın Milli Birlik Hökumətinin icra başçısının tərəfdarlarından ibarət yüzlərlə adam Bəğlan vilayətində aksiya keçirərək 300 min biometrik qeydiyyatı olmayan səsin seçki komisiyası tərəfindən ləğv edilməsini istəyib.
İRNA-nın verdiyi məlumata görə, Bəğlan vilayətinin mərkəzi olan Pol Xomri şəhərində keçirilən aksiyanın iştirakçıları seçki komisiyasının onların tələbini yerinə yetirməyəcəyi təqdirdə Kabil-Şimal magistral yolunu bağlayacaqları ilə hədələyiblər.
Abdulla Abdullanın tərəfdarları cümə günü də paytaxt Kabildə geniş aksiya keçirərək həmin tələblə çıxış etdilər.
Əfqanıstanın seçki komisiyası isə bu tələblərə reaksiyada hərhansı təzyiqə təslim olmayacağını və tam araşdırılmadan heç bir səsi ləğv etməyəcəyini bildirdi.
Əfqanıstanda prezident seçkiləri 28 sentyabrdakeçirildi amma indiyədək ilkin nəticələrin elan edilməsi 3 dəfə təxirə salınıb.