Dəməşq: ABŞ-ın Suriya konstitusiyası barədəki mövqeləri dəyərsizdir
-
Dəməşq: ABŞ-ın Suriya konstitusiyası barədəki mövqeləri dəyərsizdir
Suriyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq konstitusiya komitəsi barədə danışıqların suriyalı-suriyalı formatında olduğunu bildirərək Amerikanın bu komitə barədə mövqelərinin dəyərsiz olduğunu deyib.
ABŞ Dövlət Departamenti bir bəyanatda Suriya dövlətini Suriya Konstitusiya Komitəsinin fəaliyyətini əngəlləməkdə ittiham edib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Suriya XİN bu gün Vaşinqtonun bu mövqelərinə münasibət bildirərkən elan edib ki, Amerika və digər ölkələrin fikir və bəyanatları dəyərsizdir və Konstitusiya Komitəsinin fəaliyyətlərinə onun danışıqlaırnın mahiyyətinə və formasına heç bir təsir göstərmir.
Suriya XİN Vaşinqtonun Konstitusiya Komitəsi barədəki mövqelərinin digər ölkələrin daxili işlərinə müdaxilə anlamına gəldiyini bildirərək qeyd edib ki, Cenevrə danışıqları suriyalı-suriyalı danışıqlarıdır və kimsənin ona müdaxilə etmək haqqı yoxdur.