Müharibə əlillərinin Qəzzə marafonu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353224-müharibə_əlillərinin_qəzzə_marafonu
Onlarla fələstinli müharibə əlili iki Qəzzə marafonunda iştirak edərək, mübarizə ruhiyyəsinin gücləndirilməsinə və müqavimətə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2019 15:37 Asia/Baku
  • Müharibə əlillərinin Qəzzə marafonu
    Müharibə əlillərinin Qəzzə marafonu

Onlarla fələstinli müharibə əlili iki Qəzzə marafonunda iştirak edərək, mübarizə ruhiyyəsinin gücləndirilməsinə və müqavimətə təkid edib.

Fələstinlilərin kəsilmiş ayaqları da onların mübarizələrinə mane olmur. Bu fələstinli gənclər yalnız qayıdış yürüşünün keçirilməsilə kifayətlənməyiblər. Onlar həyatı davam etdirmək və sionist rejimi problemlə üzləşdirmək məqsədilə başqa bir formada mübarizə meydanına giriblər. Onlarla müharibə əlili bu iki marafonda iştirak edərək, öz müqavimətinə təkid edib.

M.K- Bu marafon qayıdış yürüşlərində ayaqlarını itrimiş müharibə əlillərinin iştirakı ilə keçirilib. Onlar işğalçı rejimin cinayətlərinin canlı şahidləri və Fələstin xalqının ümidləridirlər, zira bir daha cəmiyyətə daxil olaraq, öz adi həyatlarını davam etdirirlər.

Bu tədbir qayıdış əlillərini himayə çərçivəsində keçirilib. Onlar bu qənaətdədirlər ki, hətta əlil olsalar da belə, öz vətənləri üçün hər bir yolu getmək şirindir və bu xalqın məğlub olması mümkünsüzdür.

M.K- Bizim işğalçı rejimə mesajımız budur ki, Qəzzə gəncləri hətta ayaqlarını itirməklə belə, həyatı davam etdirəcəklər. Onlar möhkəm dayanacaq, hər bir çətinliyin öhdəsindən gələcək və son nəfəsədək bu yolu davam etdirəcəklər.

Bu yarışın iştirakçıları bütün dünyaya dedilər ki, Fələstin xalqının məğlub olması mümkünsüzdür. Onun iradəsi işğalçı rejimin yaratdığı bütün problemlərdən yuxarıdır.