Netanyahunun həbsə düşməsinin qarşısını almaq üçün sövdələşmə
-
Netanyahunun həbsə düşməsinin qarşısını almaq üçün sövdələşmə
Sionist rejimin nazirlər kabinetinin təşkil edilməsinin çıxılmaz vəziyytinin davam etməsilə bu rejim siyasətçilərindən bir qrupu həmin rejimin başçısna təklif edibdir ki, əgər Netanyahu həmişəlik olaraq siyasət aləmindən kənara çəkilərsə, ona qarşı ittihamlara göz yumacaq.
Sionist rejimin 12-ci telekanalı korrupsiya işlərinə görə, bu rejimin müvəqqəti baş naziri Benyamin Netanyahunun şərtli olaraq görməməzliyə vurulması barədə təklif olunmuş planı ifşa edib.
Bu məlumata görə, sionist rejimin bir qrup siyasətçisi bu rejimin başçısı Rovin Rivlinə təklif edibdir ki, əgər Netanyahu özünə qarşı ittihamları etiraf edər və həmişəlik olaraq siyasət aləmindən kənara çəkilərsə, əfv olunacaq.
Sionist rejimin baş prokuroru iki həftə bundan öncə korrupsiya işlərinə görə, Netanyahuya qarşı cinayət işi açmış, lakin ona otuz gün məhkəmə toxunulmazlığı vermişdi.
Netanyahu gələn milad ili yanvarın birinədək knesset üzvlərindən məhkəmə toxunulmazlığı almalıdır və toxunulmazlığın verilməsinin məsuliyyəti də knessetdəki xüsusi komitənin üzərinə düşür.