Sionist rejim qırıcıları bir daha Qəzzə zolağını hədəfə alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353566-sionist_rejim_qırıcıları_bir_daha_qəzzə_zolağını_hədəfə_alıb
Fələstinli mənbələr bu gün səhər çağı sionist rejimin hərbi təyyarələrinin Qəzzə zolağına təkrar hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2019 05:31 Asia/Baku
  • Sionist rejim qırıcıları bir daha Qəzzə zolağını hədəfə alıb
    Sionist rejim qırıcıları bir daha Qəzzə zolağını hədəfə alıb

Fələstinli mənbələr bu gün səhər çağı sionist rejimin hərbi təyyarələrinin Qəzzə zolağına təkrar hücumundan xəbər veriblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, fələstinli qaynaqlar bildiriblər ki, sionist rejimin hərbi təyyarələri Qəzzə zolağının şimalında Cəbaliyanın şərqini hədəfə alıblar. 

Fələstin müqavimətinin hava hücumundan müdafiə qüvvələri sionist reimin hərbi təyyarələrinin hücumuna qarşı əks reaksiya göstərib. 

Fələstinli mənbələr bildiriblər ki, Fələstin müqavimət qrupları İsrail qırıcılarının Qəzzəyə hücumunda onlara qarşı hava hücumundan müdafiə silahlarından istifadə ediblər. 

Sionist rejim ordusu bu hücumun Qəzzə zolağından işğal olunmuş əraziyə 3 ədəd raketin atılmasına cavab olaraq həyata keçdiyini iddia edib. 

Sionist rejimim hərbi təyyarələri, vertolyotları, Pilotsuz Uçan Aparatları və Artleriyası son həftələr ərzind Qəzzə zolağının müxtəlif bölgələrini dəfələrlə hədəfə alıblar. 

Sionist rejim 2017-ci il dekabrdan bəri Qəzzə zolağına qarşı hücumların yeni mərhələsini öz gündəminə daxil edib. 

Bu hücumlar həmişə əsassız iddialarla həyata keçir. 

sionist rejimin Qəzzəyə hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıb. 

Qəzzə zolağı 2006-cı ildən İsrailin quru, hava və dəniz mühasirəsindədir və bu zolağın sakinləri bir çox problemlərlə üz-üzədir.