Gələn il üçün Ərəbistanın büdcə çatışmazlığı
-
Gələn il üçün Ərəbistanın büdcə çatışmazlığı
Ərəbistan bildirib ki, 2020-ci il üçün bu ölkəyə əlli milyard dollar dəyərində büdcə çatışmazlığı proqnoz edir.
Ərəbistan televiziyası qeyd edib ki, neft hasilatının və xam neft qiymətinin azalmasına görə, 2020-ci il üçün büdcə kəsrinin əlli milyard dollar səviyyəsinə qalxmasını proqnoz edir.
Ərəbistan dövlət televiziyasının məlumatına görə, bu ölkə dünyada xam neft üzrə ən böyük xam neft ixracatçısı kimi proqnoz edir ki, 2020-ci ilin büdcə kəsri 2019-cu ilə nisbətən 15 milyard dollar çox olacaq.
Ərəbistanın 272 milyard dollarlıq büdcəsinin qəbul olunmasından sonra bu ölkənin kralı Salman bin Əbduləziz nazirlər şurasının hüzurunda iqtisadi islahatların davam etdirilməsi vacibliyini vurğulayaraq, deyib: Neftin istehsalı və qiymətinin azalmasından irəli gələn problemlərin mövcud olmasına rəğmən, iqtisadi dəyişiklik mərhələsi sabit bir proseslə hərəkət etməkdədir.