Taliban Qəznidə 9 əfqan əsgəri gülləbaran edib
Dek 10, 2019 15:41 Asia/Baku
-
Taliban Qəznidə 9 əfqan əsgəri gülləbaran edib
Qəzni valisinin sözçüsü bu vilayətdə 9 əfqan əsgərin taliblər tərəfindən gülləbaran edildiyini bildirib.
Ava Xəbər Agentliyinin məlumatına görə, Arif Nuri bazar ertəsi günü deyib: Taliblər Əndər rayonunun Nani mahalında bu altı əsgəri avtomobildən endirərək güllələyiblər.
Taliban hələ ki məsələ ilə bağlı açıqlama verməyib. Qruplaşma üzvləri keçmişdə dəfələrlə dövlət işçilərini avtomobillərindən aşağı salaraq qətlə yetiriblər.