Yəmən sərhədində səud koalisiyasının bir casusluq pilotsuzu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353784-yəmən_sərhədində_səud_koalisiyasının_bir_casusluq_pilotsuzu_məhv_edilib
Yəmən ordusunun hava hücumundan müdafiə sistemi bu gün Ərəbistanın cənubunda yerləşən Nəcranın yaxınlığındakı Əlkəsarə bölgəsinin səmasında səud koalisiyasının bir ədəd casusluq pilotsuzunu hədəfə alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2019 16:12 Asia/Baku
  • Yəmən sərhədində səud koalisiyasının bir casusluq pilotsuzu məhv edilib
    Yəmən sərhədində səud koalisiyasının bir casusluq pilotsuzu məhv edilib

Yəmən ordusunun hava hücumundan müdafiə sistemi bu gün Ərəbistanın cənubunda yerləşən Nəcranın yaxınlığındakı Əlkəsarə bölgəsinin səmasında səud koalisiyasının bir ədəd casusluq pilotsuzunu hədəfə alıbdır.

Bu, son bir həftə ərzində Yəmənin Ərəbistanla sərhədində yəmənli qüvvələr tərəfindən vurulan təcavüzkar səud koalisiyasının beşinci pilotsuzudur.

Ərəbistan və müttəfiqləri 2015-ci ilin martından bəri, yəni dörd ildir, minlərlə yəmənli mülkni qırıb, Yəmənin infrastrukturlarını məhv etsə də Yəmənin xalqı, ordusu və xalq komitələrinin müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.

Hərtərəfli mühasirələrə rəğmən, Yəmən ordusunun hava hücumundan müdafiə qabiliyyəti son bir ildə inkişaf edibdir.