2019-cu ildən bəri Yəməndə 393 min nəfər didərgin düşüb
-
2019-cu ildən bəri Yəməndə 393 min nəfər didərgin düşüb
Beynəlxalq mühacirət təşkilatı bildirib ki, 2019-cu ilin əvvəlindən bəri səud koalisiyasının hücumlarına görə, Yəməndə 393 min nəfər didərgin düşüb.
Tvitter-dəki yazısında yəmənli didərginlərin ağır şəraitdə olduqlarını bildirən Beynəlxalq Mühacirət Təşkilatı, bu təşkilatın, BMT-nin mühacirlərin məsələləri üzrə ali komissarlığının iştirakı ilə yəmənli didərginlər üçün müvəqqəti məskunlaşma məkanları xüsusiyyət təşkil etməklə sığınacaq inşa etmək qərarından xəbər verib.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokok son zamanlar bildirmişdi ki, Yəmən hazırda tarixin ən pis insan faicəsini yaşayır.
BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı da son vaxtlar bir məlumatda Yəməndəki insan durumunu “olduqca acınacaqlı” adlandırıb və müharibədə olan bu ölkədə 18 milyon nəfərin qida təhlükəsizliyinin olmaması haqda xəbərdarlıq edibdir.