Səudiyyə Ərəbistanının 2020-ci ildə 50 milyard dollarlıq büdcə çatışmazlığı
-
Səudiyyə Ərəbistanının 2020-ci ildə 50 milyard dollarlıq büdcə çatışmazlığı
Səudiyyə hökuməti 2020-ci ilin büdcəsini 272 milyard dollar elan edib və bu göstərir ki, bu ölkənin büdcəsi 2019-cu ilə nisbətən əlli milyard dollar azalıbdır.
Ərəbistanın maliyyə nazirliyi hökumətin əlli milyard dollarlıq büdcə çatışmazlığının səbəbini neft gəlirinin on beş faiz azalması elan edib və bildirib ki, hökumətin 2019-cu ildəki büdcə çatışmazlığı 35 milyard dollar olubdur.
Büdcə çatışmazlığının artmasından əlavə, səudiyyə hökumətinin maliyyə ehtiyatı da 92,3 milyard dollar azalacaqdır ki, bu miqdar 2019-cu ildə təqribən 124 milyard dollar olubdur.
Ərəbistanın neft gəlirlərindən asılılığı 2014-cü ildən bəri bu ölkənin büdcə kəsirinə səbəb olubdur.
Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın hakimiyyətə gəlməsi, Yəmən xalqına qarşı müharibənin başlanması və vasitəçilik savaşlarında iştirak, müxtəlif hərbi silah və hərbi texnikanın satın alınmasına astrnomik büdcələrin xərclənməsinə səbəb olaraq, Ərəbistanı çox sayda iqtisadi problemlərlə üzləşdiribdir.