Fələstinlilər heç vaxt “əsrin sövdələşməsi”ni tanımayacaqlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354064-fələstinlilər_heç_vaxt_əsrin_sövdələşməsi_ni_tanımayacaqlar
Fələstin muxtariyyətinin başçısı deyib ki, Fələstin xalqı amerikan “əsrin sövdələşməsi” planı ilə müxalifdir və heç vaxt onu tanımayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2019 06:40 Asia/Baku
  • Fələstinlilər heç vaxt “əsrin sövdələşməsi”ni tanımayacaqlar
    Fələstinlilər heç vaxt “əsrin sövdələşməsi”ni tanımayacaqlar

Fələstin muxtariyyətinin başçısı deyib ki, Fələstin xalqı amerikan “əsrin sövdələşməsi” planı ilə müxalifdir və heç vaxt onu tanımayacaqdır.

Mahmud Abbas Şərmulşeyx şəhərində Misir strateji araşdırmalar və təfəkkür mərkəzindən olan heyətlə görüşdə həmçinin Fələstin muxtariyyətinin Amerika ilə diplomatik əlaqələrinin dayandırılmasına toxunaraq deyib: Amerika prezidenti Donald Trampın özünün son qərarlarına, o cümlədən ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və Qüds şəhərinin işğal olunmuş ərazilərə qatılmasına israr edəcəyi zamanadək Fələstin muxtariyyəti Amerika ilə əlaqələrə malik olmayacaqdır.

Amerika hökumətinin “əsrin sövdələşməsi” planı Fələsin xalqının hüquqlarını aradan götürmək məqsədi daşıyır. Bu plan ərəbistan, bəhreyn və əmirliklər daxil olmaqla bəzi ərəb ölkələrinin razılaşmaları və həmkarlığı ilə işlənib hazırlanıbdır.

Amerikan “əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə verilir və başqa ölkələrdəki fələstinli didərginlərin qayıdış haqqı olmayacaqdır.