Yəməndə Əl-Hüdəydə vilayətində sakitlik hökm sürür
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354500-yəməndə_Əl_hüdəydə_vilayətində_sakitlik_hökm_sürür
Yəmən müharibəsindən və bu ölkənin mühasirəyə alınmasından ötən 5 ildə eləcə də təcavüzkar qüvvələrin hücumları gücləndirdikləri son bir ildə Əl-Hüdəydə vilayəti sakitlik içindədir. Səudiyyə rejiminin Əl-Hüdəydəyə artileriya hücumları dayanıb. Ənsarullaha yaxın mənbələr durumun sakitləşdiyini təsdiq edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 14:11 Asia/Baku
  • Yəməndə Əl-Hüdəydə vilayətində sakitlik hökm sürür
    Yəməndə Əl-Hüdəydə vilayətində sakitlik hökm sürür

Yəmən müharibəsindən və bu ölkənin mühasirəyə alınmasından ötən 5 ildə eləcə də təcavüzkar qüvvələrin hücumları gücləndirdikləri son bir ildə Əl-Hüdəydə vilayəti sakitlik içindədir. Səudiyyə rejiminin Əl-Hüdəydəyə artileriya hücumları dayanıb. Ənsarullaha yaxın mənbələr durumun sakitləşdiyini təsdiq edirlər.

Yəmən müharibəsindən və bu ölkənin mühasirəyə alınmasından ötən 5 ildə eləcə də təcavüzkar qüvvələrin Əl-Hüdəydəyə hücumları gücləndirdikləri son bir ildə bu şəhərin küçələrində sakitlik hökm sürür. 

MM. Yəmənin mühasirədə olmasına rəğmən həyat davam edir. Həmrəylik sayəsində qələbə əldə olunacaq. 

Əl-Hüdəydə sakinlərinin Yəmən ordusu və təhlükəsizlik qüvvələri ilə həmrəyliyi nəticəsində Əl-Hüdəydə stabil duruma malikdir. Birləşmiş Millətlər Təşkilatından bir heyətin burada fəaliyyəti və sülh razılaşmasının icra olması nəticəsində yaşayış məntəqələri sadəcə bəzi vaxtlar təcavüzkarların artileriya atəşinin hədəfinə çevrilir. 

MM : Əl-Hüdəydə vətənimizdir və onu kimsəyə vermərik. 

MM: Təcavüzkarlar evlərimizi hədəfə alırlar. 

Əl-Hüdəydənin yaxınlığında bir neçə döyüş cəbhəsi var. Amma müharibə nəticəsində didərgin düşən sakinlər öz şəhərlərinə qayıtmaqdadırlar. Onlar müqavimətin və ordu və xalq qüvvələrini dəstəkləməyin vətəni təcavüzkarlardan qorumaq və azad etmək üçün zərurət kəsb edir. 

MM: Mən Əl-Hüdəydədə doğulmuşam, raket hücumları və aclıq şəraitində belə kimsə buranı işğal edə bilməz, biz dağ kimi durmuşuq.

Yəməndə mühasirə və müharibə alovları içində olan başqa bir şəhər üçün bu durum bəlkə də qəribə görünür amma görünən odur ki, burada işğalçılığın davam etməsi mümkünsüzdür.

 

ƏL-HÜDƏYDƏDƏ SAKİTLİK HÖKM SÜRÜR