Suriya ordusu terrorçuların bir RUA-sını vurub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354542-suriya_ordusu_terrorçuların_bir_rua_sını_vurub
Suriya Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri bazar günü bu ölkənin qərbində yerləşən Həma vilayətində terrorçuların silah quraşdırılmış bir dronunu zərərsizləşdiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 18:05 Asia/Baku
  • Suriya ordusu terrorçuların bir RUA-sını vurub
    Suriya ordusu terrorçuların bir RUA-sını vurub

Suriya Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri bazar günü bu ölkənin qərbində yerləşən Həma vilayətində terrorçuların silah quraşdırılmış bir dronunu zərərsizləşdiriblər.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın bildirdiyinə görə, bu PUA Həmah vilayətinin şərqində yerləşən Təl-Əddərə bölgəsində hədəfə alınıb.

Suriya ordusu dekabrın 22-də bu ölkənin şimalında və İdlib vilayətinin cənubunda öz irəliləməsinin davamında Əl-Təh qəsəbəsini terrorçuların işğalından azad edib.

İdlib vilayəti Suriyada terrorçuların son düşərgəsidir.

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin himayəsi altında olan terrorçuların region parametrlərini Sionist rejimin xeyrinə dəyişmək məqsədilə bu ölkəyə olan geniş hücumu ilə başlayıb.

Suriya ordusu bu yaxınlarda İran İslam Respublikasının hərbi məsləhətçilərinin köməyi və Rusiyanın dəstəyi ilə bu ölkədə İŞİD terror qruplaşmasının işinə son qoydu.

Başqa terrorçular da yenilməkdədir.