Qəzzədə humanitar faciə baş verməkdədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354559-qəzzədə_humanitar_faciə_baş_verməkdədir
Qəzzənin blokadası ilə mübarizə üzrə xalq komitəsinin sədri Qəzzə zolağında humanitar faciənin baş verməsi ehtimalından xəbər verərək deyib: Hal hazırda sakinlərin 85 faizi kəskin yoxsul şəraitində yaşayır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 24, 2019 11:44 Asia/Baku
  • Qəzzədə humanitar faciə baş verməkdədir
    Qəzzədə humanitar faciə baş verməkdədir

Qəzzənin blokadası ilə mübarizə üzrə xalq komitəsinin sədri Qəzzə zolağında humanitar faciənin baş verməsi ehtimalından xəbər verərək deyib: Hal hazırda sakinlərin 85 faizi kəskin yoxsul şəraitində yaşayır.

Sionist rejim 2006-cı ildən Qəzzə zolağını blokadaya alıb və yanacaq, ərzaq, dərman və tikinti materialları kimi əsas ehtiyacların bu bölgəyə idxalına mane olur. 

Fələstin infomasiya mərkəzinin məlumatına görə, Qəzzənin blokadası ilə mübarizə üzrə xalq komitəsinin sədri Camal Xizri Qəzzə zolağında 250 mindən çox sakinin işsiz olduğunu bildirərək deyib: Qəzzədə durum çox ağır və acınacaqlıdır və mühasirə bu bölgənin iqtisadiyyatına ən ağır təsir buraxıb. 

Xizri deyib: Qəzzədə zavodların istehsalı blokada şəraitinə və ixracaq-idxalat məhdudiyyətlərinə görə 20 faizə enib. 

O deyib: Blokada nəticəsində Qəzzənin iqtisadiyyatına birbaşa yaxud dolayısı ilə dəyən aylıq ziyan 100 milyon dollar təşkil edir.