Səud muzdurları Cizanda ilişib qalıblar
-
Səud muzdurları Cizanda ilişib qalıblar
Yəmənin ordusu və xalq komitələri qüvvələri səud koalisiyası muzdurlarının Ərəbistanın cənubunda yerləşən Cizan şəhərinin Əlmədafən bölgəsindəki mövqelərinə doğru irəliləyişini uğursuz qoyublar.
Yəmənin Əlməsirə telekanalı bildirib ki, bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin təcavüzkarlarla toqquşmasında təcavüzkar səud koalisiyasının onlarla muzduru ölüb və yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günbəgün artmaqdadır.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkənin quru, dəniz və havadan mühasirəyə aldı. Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin həyatına son qoyub, on minlərlə nəfər yaralanıb və milyonlarla yəmənli də didərgin düşübdür.