Yəmənli fermerlərin iqtisadi müstəqillik səyi
-
Yəmənli fermerlərin iqtisadi müstəqillik səyi
Yəmənli fermerlər beşillik mühasirə şəraitində kənd təsərrüfatı məhsullarının istehsalında iqtisadi müstəqilliyə çatmaq istiqamətindəki səylərinin nəticəsini kənd təsərrüfatı cəbhəsi adlandırıblar.
Yəmən kənd təsərrüfatı üçün münasib eniş-yoxuşlara malikdir. Onların ən önəmlisi, Təhamə bölgəsidir. Bu bölgə Babül-Məndəb boğazından Yəmənin Ərəbistanla sərhədlərində yerləşən Midi bölgəsinədək uzanan sahil zolağı boyunca yerləşir və uzaq keçmişlərdə yaxşı məhsullara malik olmaqla tanınırdı.
M.K- Bizim torpaqlarımız küncüt, qarğıdalı, qarpız və manqo kimi hər bir məhsulun əkini üçün münasibdir.
Yəmənin sabiq başçılarının korrupsiyası bais oldu ki, fermerlər tamamilə görməməzliyə vurulmuş olsunlar. Fermerlər çətin şəraitdə yaşasalar da Ənsarullah hərəkatının baş katibi Seyyid Əbdulməlik Bədrəddinin fermerlərə diqqətin yetirilməsini istəməsi bir təşviqedici oldu ki, onlar öz ərazilərində müxtəlif məhsullar əkməyə başlasınlar.
M.K- Münbit torpaq nemət mənbəyidir. Əkirik və biçirik və heç bir ölkəyə və təşkilata möhtac deyilik.
M.K- Yediklərimiz öz əkdiklərimizdir.
Hal-hazırda satış üçün iri miqdarda buğda mövcuddur ki, bu da mühasirə ilə mübarizə və iqtisadi müstəqillik üçün mühüm bir addımdır. Belə bir halda, Təhamə bölgəsinin əkin sahələri müxtəlif məhsulların istehsalı imkanına malikdir.
Hər kim səy edərsə, tapar və hər kim əkərsə, biçər. Buna kənd təsərrüfatı cəbhəsi deyilir. Və bu cəbhədə müvəffəqiyyət, düşmən üzərində qələbədə ən vacib amil olacaqdır.