Amerikanın hücumlarına dağıdıcı cavab verəcəyik
-
Amerikanın hücumlarına dağıdıcı cavab verəcəyik
Amerikalı qüvvələrin İraqın Ələnbar vilayətində yerləşən xalq səfərbər təşkilatının qərargahına qarşı hücumundan sonra İraq xalq səfərbər qüvvələrinin sözçüsü Əbu-Məhdi Əl-Muhəndis dünən gecə qısa bir çıxışda bildirib ki, şəhidlər və yaralıların qanı hədər getməyəcək və amerikalı qüvvələrə cavab dağıdıcı olacaqdır.
İraq xalq səfərbər təşkilatında Ələnbar əməliyyat komandanı xəbərdarlıq edib ki, Amerika ordusunun xalq səfərbər qüvvələrinin mövqelərinə qarşı hava hücumu hərbi çevriliş və ya İraqa zərər vurmaq üçün böyük bir fitnənin bir hissəsidir.
Qasim Muslih deyib: Bu hücumlar Amerikanın elan etdiyi bir məsələnin icrasıdır. Oktyabrın 25-dən bəri əlimizə məlumatlar çatırdı ki, Amerika və sionist rejim xalq səfərbər qüvvələrinə qarşı təhdidlər və xəbərdarlıqlar irəli sürürlər. Amerika, xalq səfərbər qüvvələrini zəiflətmək üçün İraqın daxilindəki gərgin şəraitdən istifadə etmək istəyir. Xalq səfərbər qüvvələri silahlı qüvvələrin ən əsas himayədar qüvvəsidir. Belə bir şəraitdə xalq səfərbər qüvvələrini zəiflətmək, hərbi çevriliş və ya İraqa zərər vurmaq üzrə böyük bir fitnənin bir hissəsidir.