Tripoliyə hücum zamanı Həftər qüvvələrindən 10 nəfər öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355079-tripoliyə_hücum_zamanı_həftər_qüvvələrindən_10_nəfər_öldürülüb
Xəlifə Həftərin komandanlıq etdiyi " Liviyanın Milli Ordusu" adlandırılan qüvvələrdən 10 nəfəri Liviya paytaxtı Tripolidə gedən toqquşmalarda öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2019 10:37 Asia/Baku
  • Tripoliyə hücum zamanı Həftər qüvvələrindən 10 nəfər öldürülüb
    Tripoliyə hücum zamanı Həftər qüvvələrindən 10 nəfər öldürülüb

Xəlifə Həftərin komandanlıq etdiyi " Liviyanın Milli Ordusu" adlandırılan qüvvələrdən 10 nəfəri Liviya paytaxtı Tripolidə gedən toqquşmalarda öldürülüb.

İRNA-nın verdiyi məlumata görə, bu toqquşmalarda Həftərin qüvvələrinə aid olan 12 zirehli maşın da məhv edilib. 

Xəlifə Həftərin başçılıq etdiyi qrup illərdir Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və bəzi qərb dövlətlərinin dəstəyi ilə Liviyanın şərqini nəzarətdə saxlayır. Son aylarda bu qüvvələr ölkənin şimalına doğru irəliləyib. Həftər cari milad ili 4 apreldə öz nəzarətində olna hərbçilərə paytaxta doğru hücuma keçmək əmri verdi. 

Həftərin bu hərəkəti beynəlxalq ictimaiyyət tərəfindən pislənilib. 

Bu hücumlara başlanmasından bəri 1090 nəfər Tripolidə həlak olub və ən azı 5700 nəfər yaralanıb.