İşğalçı rejim sionist qəsəbə inşasını genişləndirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355080-İşğalçı_rejim_sionist_qəsəbə_inşasını_genişləndirir
Fələstinli qaynaqlar sionist rejimin İordan çayının qərb sahilində fələstinlilərin yüzlərlə mənzili və yaşayış məntəqəsinə hücumlarını 2019-da daha da gücləndirdiyini bildirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2019 10:42 Asia/Baku
  • İşğalçı rejim sionist qəsəbə inşasını genişləndirir

Fələstinli qaynaqlar sionist rejimin İordan çayının qərb sahilində fələstinlilərin yüzlərlə mənzili və yaşayış məntəqəsinə hücumlarını 2019-da daha da gücləndirdiyini bildirirlər.

Fələstin Əl-Yəum xəbər portalının verdiyi məlumata görə, Fələstin əraziləri üzrə araşdırma mərkəzinin direktoru Camal Əl-Elmə deyib: İşğalçı İsrail rejimi 2019-da İordan çayının qərb sahilində fələstinlilərə aid olan 648 mənzili dağıdıb. 

Həmin mərkəzin bildirdiyinə görə, sionist işğalçılar həmçinin zeytun ağaclarının çoxluq təşkil etdiyi 15 min ağacı da kökündən qoparıblar və fələstinlilərə aid minlərlə kilometr yolu kəsərək, 34 yeni yoxlama buraxılış məntəqəsi yaradıblar və beləliklə işğalçıların yoxlama-buraxılış məntəqələrinin sayı 888-a çatıb. 

Əl-Elmə həmçinin sionist rejimin 2019-da İordan çayının qərb sahilində ABŞ-ın geniş dəstəyi ilə sionist qəsəbə inşasını genişləndirdiyini bildirib. 

ABŞ dövlət katibi Mayk Pompeo son vaxtlar bildirib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilindəki qəsəbə inşası əməliyyatlarını beynəlxalq qanunlara zidd hesab etmir. 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2016-cı il 23 dekabrda 2334 saylı qətnaməni qəbul edərək sionist rejimi dərhal və tam şəkildə özünün işğal olunmuş Fələstin ərazilərindəki  bütün qəsəbə inşası fəaliyyətlərini dayandırmağa çağırdı.