Rusiya və Suriya Tartusda birgə təlim-məşq keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356426-rusiya_və_suriya_tartusda_birgə_təlim_məşq_keçiriblər
Rusiya və Suriyanın ordu qüvvələri Suriyanın qərbində yerləşən Tartus limanında birgə təlim-məşq keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2020 17:56 Asia/Baku
  • Rusiya və Suriya Tartusda birgə təlim-məşq keçiriblər
    Rusiya və Suriya Tartusda birgə təlim-məşq keçiriblər

Rusiya və Suriyanın ordu qüvvələri Suriyanın qərbində yerləşən Tartus limanında birgə təlim-məşq keçiriblər.

Rusiya və Suriyanın birgə təlim-məşqinin komandanı Aleksandr Yoldaşev deyib: Rusiya və Suriyanın silahlı qüvvələri Tartus limanında dənizlərdə beynəlxalq iqtisadi fəaliyyətləri qorumaq məqsədilə birgə təlim-məşqlər keçiriblər.

Yoldaşevin sözlərinə görə, yanvarın 18-dən 20-dək davam edən təlimlərdə iki ölkədən yeddi gəmi və qayıqla yanaşı, iki mindən çox hərbçi iştirak edib.

Rusiya və Suriya hərbi dəniz qüvvələri ötən ilin dekabr ayında da Rusiyanın Tartusdakı hərbi dəniz bazasında birgə təlimlər keçiriblər.

Əl-Laziqiyyədən sonra Tartus şəhəri Suriya sahillərində ikinci ən böyük limandır.