Qazzədə atəşkəs rejimi tətbiq olunub
Fev 25, 2020 14:04 Asia/Baku
-
Qazzədə atəşkəs rejimi tətbiq olunub
KİV-lər Qəzzə Zolağında Fələstin müqaviməti və sionist İsrail rejimi arasında atəşkəs razılaşmasının əldə edildiyini xəbər verirlər.
Livanın Əl-Məyadin telekanılının Fələstin müqavimətinə bağlı mənbələrə istinadla yaydığı məlumatına görə, bu atəşkəs rejimi bazar ertəsi günü fevralın 24-də saat 23:30-dan qüvvəyə minib.
"Sky Nyus" kanalının məlumatına görə isə, atəşkəs sazişi Misir və BMT-nin nəzarəti ilə əldə olunub.
Qəzzə Zolağında gərginlik, sionist rejim hərbçiləri tərəfindən bazar günü fevralın 23-də Qəzzənin sərhəd hasarı yaxınlığında bir fələstinli gəncin şəhid edilməsindən sonra artıb və Fələstinin müqavimət qüvvələri də bu cinayətə reaksiya olaraq, işğal olunmuş ərazilərə 20-dən çox raket atıblar.