"Əsrin sövdələşməsi" planı ilə birgə mübarizə
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359368-Əsrin_sövdələşməsi_planı_ilə_birgə_mübarizə
Fələstinin azadlığı uğrunda demokratik cəbhənin baş katibi amerikan "əsrin sövdələşməsi" planı ilə mübarizə üçün Rusiya ilə razılaşmanın əldə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2020 11:08 Asia/Baku

Fələstinin azadlığı uğrunda demokratik cəbhənin baş katibi amerikan "əsrin sövdələşməsi" planı ilə mübarizə üçün Rusiya ilə razılaşmanın əldə olunmasından xəbər verib.

Fələstinin azadlığı uğrunda demokratik cəbhənin baş katibi Naif Həvatmə dünən Əlməyadin telekanalı ilə müsahibədə deyib: Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Moskvada fələstinli heyətlə görüşdə Fələsitn böhranının beynəlxalq qətnamələr çərçivəsində siyasi həllinə təkid etdi.

O, əlavə edib: Rus və fələstinli məsul şəxslər deyiblər: "Əsrin sövdələşməsi" planı regionun sabitliyi üçün ciddi bir təhlükə sayılır; daha artıq döyüşlərə zəmin hazırlayır və region xalqlarının maraqlarının zərərinədir.

Fələstinin azadlığı uğrunda demokratik cəbhənin baş katibi fələstinlilərin ana diyarının bir hissəsi kimi Qüdsi-Şərifdə seçkilərin keçirilməsinin önəminə toxunub. Deyib ki, Fələstin seçkiləri Qüds olmadan mümkünsüzdür.

Fələstinin azadlığı uğrunda demokratik cəbhənin göndərdiyi nümayəndə heyəti rus rəsmilərin dəvəti və bu cəbhənin baş katibi Hvatmənin sədrliyi ilə bazar ertəsi günü Moskvaya daxil olub.

 

"ƏSRİN SÖVDƏLƏŞMƏSİ" İLƏ BİRGƏ MÜBARİZƏ