İraqda böhran qərargahı yaradılacaq
İraqın yeni baş naziri bildirib ki, onun hökuməti İraqın birliyi və hakimiyyətini qorumaq, həmçinin strateji Vaşinqton-Bağdad müqaviləsini yenidən nəzərdən keçirmək məqsədilə bir böhran qərargahı yaradacaq.
İraqın baş naziri Mustəfa Əlkazimi dünən axşam nazirlər kabinetinin ilk iclasından sonra deyib: İraqın böhran qərargahı ölkənin birliyi və hakimiyyətini qorumaq istiqamətində amerikalı tərəflə strateji Vaşinqton-Bağdad müqaviləsini yenidən nəzərdən keçirmək barədə danışacaq.
Bundan öncə də Əlkazimi ABŞ-ın Bağdaddakı səfiri Matyu Tueller ilə görüşdə vurğulamışdı ki, ölkəsi dost və qonşu ölkələrə hücum və hesab çürütmək üçün bir meydan olmayacaqdır.
İraq parlamenti yanvarın 5-də Sepah-ın Qüds qüvvələrinin komandanı general Soleymaninin və İraqın Əlhəşduşşəbi qüvvələrinin sədr müavini Əbuməhdi Əlmuhəndisin Bağdad hava limanının yaxınlığında terrorçu Amerika hökuməti tərəfindən namərdcəsinə terror edilmələrinin ardınca amerikalı qüvvələrin İraqdan qovulmaları layihəsini qəbul etdi.
İRAQDA BÖHRAN QƏRARGAHI YARADILACAQ