May 16, 2020 09:37 Asia/Baku
  • Sionist rejimi narkotik ticarətinə üz tutub

Sionist rejim artıq marixuananı başqa ölkələrə satmağa icazə verməklə bağlı yekun qərarını açıqlayıb.

SəhərAzəricxəbər verir, Midel-İst Ay (middle east eye) nəşrinin İsrail mediasına istinadla məlumata görə,, Sionist rejim artıq marixuananı başqa ölkələrə satmağa icazə verməklə bağlı yekun qərarını açıqlayıb.

Bu məlumata əsasən, marixuana icracından sionistlər hər il yüz milyonlarla dollar gəlir əldə etməyi planlaşdırırlar.

Xəbərdə deyilir ki, iqtisadiyyat naziri Eli Koen müvafiq fərmanı imzalayıb. Nazirlər Kabineti bu qərarı hələ 2019-cu ilin yanvarında bəyənsə də, o, lazımi müzakirələrdən keçmək üçün Maliyyə və Səhiyyə nazirliklərinin xüsusi Komitələrinə göndərilib.

Bildirilir ki, İsraildə çətənə becərilməsi ilə məşğul olan ən azı səkkiz, marixuana istehsalı və satışı ilə məşğul olan daha bir neçə şirkət mövcuddur. Onların bir qismi artıq xarici alıcılarla ticarət əlaqəsi qurmaq istəyirlər. 

Teqlər