Fələstin xalqı Qərb sahilinin ilhaqı planına qarşı aksiya keçirib
Minlərlə fələstinli dünən gecə sionist rejiminin, İordan çayinin qərb sahilinin bəzi hissələrini Əl-Xəlil şəhərindki işğal olunmuş ərazilərə ilhaq etmək qərarına etiraz olaraq, aksiya keçirib.
SaharAzeri xəbər verir, fələstinlilər bu aksiyalarda ABŞ-ın "əsrin sövdələşməsi" planına qarşı şüarlar səsləndirərək, ərəb və beynəlxalq dairələri İordan çayının qərb sahilinin işğalı əleyhinə ciddi mövqe nümayiş etdirməyə çağırıblar.
Sionist rejimi hərbçiləri də fələstinliləri dağıtmaq üçün atəş açaraq, səsli qumbara və gözyaşardıcı qazdan istifadə ediblər.
Sionist rejiminin baş naziri Benyamin Netanyahu bu yaxınlarda İordan çayının qərb sahilinin bir hissəsini bu rejimin işğalında olan ərazilərə birləşdirmək planının yaxın aylarda icra olunacağını açıqlayıb.
Bu məsələ ABŞ prezidenti Donald Trampın 2020-ci il 28 yanvar tarixində təqdim etdiyi "əsrin sövdələşməsi" irqçi planının bəndlərindən biridir.
"Əsrin södələşməsi" ABŞ tərəfindən Fələstin xalqının hüquqlarını məhv etmək üçün irəli sürülən yeni bir plandır. Bu plan Ərəbistan başda olmaqla bəzi ərəb ölkələrinin razılığı və əməkdaşlığı ilə hazırlanıb.
Dünyanın bir çox ölkəsi, şəxsiyyətləri, dini və siyasi qurumları bu planı qınayıblar.
ABŞ sionist rejiminin işğalçılığı və Fələstin xalqına qarşı cinayətlərinin əsas himayəçisidir.