Səudiyyə Ərəbistanı Həcc ziyarətini ləğv edir
Səudiyyə Ərəbistanı Həcc Nazirliyi, bu il Həccin koronavirusun dünyaya yayılması səbəbiylə ləğv olunacağını və ölkədə yoluxmuş insanların sayının 100.000-dən çox olduğunu açıqlayıb.
SaharAzeri "Financial Times"-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koronavirusun qlobal yayılması və ölkədə yoluxmuş insanların sayına görə ilk dəfə Həcc ziyarətini ləğv etməyi planlaşdırır.
Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin yüksək vəzifəli bir nümayəndəsi rəsmi qərarın gələn həftə içində veriləcəyini söyləyib.
Mediada bildirilir ki, Səudiyyə Ərəbistanı yaşlılar və xəstələrin iştirak etməməsi şərti ilə mərasimi daha az sayda, yəni hər ölkənin kvotasının 20% -i ilə keçirmək niyyətindədir.
Malayziya, İndoneziya və Sinqapur kimi bir sıra ölkələr bu il Həcc səfərlərinin ləğv olunacağını bildiriblər.