İraqın Badr fraksiyası: “ABŞ-ın qovulması İraqda sabitliyi artıracaq”
İraq parlamentindəki Bədr fraksiyasının rəhbəri Həsən Şakir Əl-Kəəbi xarici qüvvələrin mövcudluğunun ölkəyə sabitlik gətirməyəcəyini söyləyərək, ABŞ terrorçularının İraqdan qovulmasının vacib olduğunu bildirib.
SəhərAzəri Deyerler.org-a istinadla xəbər verir, Həsən Şakir Əl-Kəəbi “Al-Maloumah” xəbər saytına açıqlamasında bunları deyib: “ABŞ qoşunları da daxil olmaqla bütün xarici qüvvələrin çıxması İraqın sabitliyini artıracaq”.
O, inanır ki, xarici qoşunların çıxarılması İraq xalqı üçün terrorçu qruplaşmalar, o cümlədən İŞİD ilə bağlı daha aydın təsəvvür yaradacaq.
İraqlı parlamentari xarici qüvvələrin mövcudluğunun və İraqın milli suverenliyini pozmalarının ölkəyə heç bir sabitlik gətirməyəcəyini bildirib.
Əl-Kəəbi bəzi xarici qüvvələrin terror qruplaşmaları dəstəkləməkdə iştirak etdiyini və sosial şəbəkədə maliyyə, maddi-texniki və silah dəstəyinin olmasını sübut edəcək videoların olduğunu qeyd edib.