İyun 28, 2020 08:44 Asia/Baku
  • Təl-Əvivdə Netanyahuya qarşı aksiya keçirilib

İşğal olunmuş Fələstin ərazilərinin minlərlə sakini iyunun 27-də Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına qarşı aksiya keçirib.

SaharAzeri İRİB-ə istinadla xəbər verir, etirazçılar Benyamin Netanyahunun iqamətgahı qarşısına toplaşaraq, onun istefaya getməsini tələb ediblər.

Etirazçılar, həmçinin şüarlar səsləndirərək, sionist rejimin Baş nazirini "cinayət naziri" adlandırıblar.

İşğal olunmuş Fələstin əraziləri son aylarda dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına qarşı etiraz aksiyalarının şahidi olubdur.

Sionist rejimin polisi Baş nazirə qarşı vəzifədən sui-istifadə və  korrupsiyası ittihamı ilə dörd cinayət işi açıbdır. 

Netanyahu cinayət istintaqı və araşdırma ilə üzləşən sionist rejimin ilk başçısı deyil. Əxlaqi və maliyyə pozğunluqları bu rejimin başçıları arasında geniş yayılıbdır.

Teqlər