Sionist rejim hərbçiləri Qərb sahili və Qüdsə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363880-sionist_rejim_hərbçiləri_qərb_sahili_və_qüdsə_hücum_ediblər
Sionist rejim hərbçiləri dünən İordan çayının qərb sahilində və Qüdsdə bir neçə bölgəyə hücum ediblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 29, 2020 04:33 Asia/Baku
  • Sionist rejim hərbçiləri Qərb sahili və Qüdsə hücum ediblər

Sionist rejim hərbçiləri dünən İordan çayının qərb sahilində və Qüdsdə bir neçə bölgəyə hücum ediblər.

SəhərAzəri - İRİB-nin Fələstin mənbələrinə istinadla məlumatına görə, sionist rejim hərbçilərinin bu hücumunda onlarla fələstinli yaralanıb və ya həbs edilib. 

Sionist qəsəbə sakinləri də İsrail rejimi hərbçilərinin köməyi ilə İordan çayının qərb sahilində yerləşən "Nablos"un cənubunda "Burin" qəsəbəsində zeytun ağacları və əkin sahələrini yandırıblar.

Sionist rejim hərbçiləri mütəmadi olaraq, əsassız bəhanələr ilə fələstinliləri saxlayıb, həbsxanaya göndərirlər.

Hazırda İsrail həbsxanalarında təxminən 6 min fələstinli əsir saxlanılır, onlardan 62-i qadın və 300 nəfəri həddi buluğa çatmayan uşaqlardır.

Fələstinli əsirlər həmişə sionist rejim həbsxanalarında fiziki və psixi işgəncələr və qeyri-insani davranışlara mərua qalırlar.