İyul 02, 2020 14:09 Asia/Baku
  • Almaniya parlamenti sionist rejimin qəsbkarlıq planına qarşı qətnamə qəbul edib

Almaniya parlamenti sionist rejimin qərb sahilni işğal etmək üzrə planına qarşı bir qətnamə qəbul edib.

SaharAzeri xəbər verir, Almaniya mərkəzi parlamenti- Bundestaq dünən bu qətnaməni qəbul etsə də sionist rejimə qarşı sanksiyalar tətbiq etməkdən çəkinibdir.

Almaniyanın koalisiya hökuməti bazar günü sionist rejimin bu hərəkətinə qarşı bir qətnamə layihəsinin işlənib hazırlanmasından xəbər vermişdi.

Bu sənəddə deyilir ki, İordan çayının qərb sahilindəki fələstinli bölgələrin ilhaqı və bu bölgədə sionist qəsəbələrin genişlənməsi beynəlxalq qanunlara ziddir.

Almaniya hökuməti bu qətnamə layihəsində Təl-Əvivdən istəyibdir ki, öz qərarına yenidən baxsın, zira belə bir addım Qərbi Asiyada sülh prosesi və regional sabitlik üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaqdır.

Teqlər