Netanyahuya qarşı etirazlar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364954-netanyahuya_qarşı_etirazlar_davam_edir
Minlərlə nəfər dünən neçənci gün dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahunun yaşadığı məkanın qarşısına toplaşıb və onun istefa verməsini istəyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 03:05 Asia/Baku
  • Netanyahuya qarşı etirazlar davam edir

Minlərlə nəfər dünən neçənci gün dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahunun yaşadığı məkanın qarşısına toplaşıb və onun istefa verməsini istəyibdir.

SəhərAzəri xəbər verir, Sionistlərin Netanyahuya qarşı aksiyasında otuzdan çox qrup iştirak edib.

Sionist rejimin nazirlər kabinetinə və şəxsən Benyamin Netanyahuya qarşı başlıca etirazlar koronavirus pandemiyası zamanı sionistlərin müxtəlif iqtisadi problemlərindən qaynaqlanır.

Sionistlərin sözlərinə görə, nazirlər kabinetinin peşələr və bizneslərə dəstəyi yetərincə olmayıb və sionistləri çox sayda iqtisadi problemlərlə üzləşdiribdir.

Sionist etirazçılar həmçinin Benyamin Netanyahunun geniş iqtisadi korrupsiyasına qarşı şüarlar veriblər.