“BƏƏ Yəmənə qarşı müharibəni və İrana qarşı düşmənçiliyi dayandırmalıdır”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371860-bƏƏ_yəmənə_qarşı_müharibəni_və_İrana_qarşı_düşmənçiliyi_dayandırmalıdır
Yəmənin Ənsarullah hərəkatının Siyasi Şurasının yüksək səlahiyyətli üzvü Məhəmməd Əl-Buxaiti tövsiyə edib ki, BƏƏ Yəmənə qarşı müharibə yükündən və İrana qarşı əsassız düşmənçilikdən qurtulmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2021 06:33 Asia/Baku
  • “BƏƏ Yəmənə qarşı müharibəni və İrana qarşı düşmənçiliyi dayandırmalıdır”

Yəmənin Ənsarullah hərəkatının Siyasi Şurasının yüksək səlahiyyətli üzvü Məhəmməd Əl-Buxaiti tövsiyə edib ki, BƏƏ Yəmənə qarşı müharibə yükündən və İrana qarşı əsassız düşmənçilikdən qurtulmalıdır.

SəhərAzəri xarici medialara istinadən xəbər verir, Məhəmməd Əl-Buxaiti Tvitter mesajında həmçinin bildirib ki, BƏƏ Qətərlə baş verənlərdən dərs götürməli və Ər-Riyadın yolunu getməməlidir və sözlərini belə davam edib: "Qətərin (keçmişdə) Səudiyyə rejimini təqib etməsi və Yəmən istilasında iştirakı, Ər-Riyadın ABŞ mövqeyinə əmin olan kimi Qətər rejiminə qarşı çevriliş cəhdinin qarşısını ala bilmədi və Türkiyənin müdaxiləsi olmasaydı, birbaşa hərbi müdaxiləyə səbəb olardı. BƏƏ Yəmənə təcavüz etmək yükündən və İranla və Müsəlman Qardaşlarla əsassız düşmənçilikdən qurtulmalı və yaralara baxmayaraq barışıq əlimiz hələ də BƏƏ-yə uzanır".