ABŞ qüvvələri partlayıcı tələləri zərərsizləşdirmək üçün əfqan uşaqlarından istifadə edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372753-abŞ_qüvvələri_partlayıcı_tələləri_zərərsizləşdirmək_üçün_əfqan_uşaqlarından_istifadə_edirlər
Əfqanıstanda bir ABŞ hərbçisi ifşa edib ki, ölkəsinin hərbçiləri Əfqanıstan şəhərlərində partlayıcı tələləri aşkar etmək üçün əfqan uşaqlarından istifadə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2021 10:46 Asia/Baku
  • ABŞ qüvvələri partlayıcı tələləri zərərsizləşdirmək üçün əfqan uşaqlarından istifadə edirlər

Əfqanıstanda bir ABŞ hərbçisi ifşa edib ki, ölkəsinin hərbçiləri Əfqanıstan şəhərlərində partlayıcı tələləri aşkar etmək üçün əfqan uşaqlarından istifadə edirlər.

SəhərAzəri xəbər verir ki, adının açıqlanmasını istəməyən bu amerikalı hərbçi Əfqanıstandkı müharibə cinayətlərini etiraf edib və deyib: "Marşurutlarında partlayıcı maddələrin olmadığından əmin olmaq üçün Əfqanıstan uşaqlarını konfet və oyuncaqlar bəhanəsi partlayıcı tələlərin olduğu ehtimal olunan küçələrə çəkirmişlər".

Bu elə bir haldadır ki, ABŞ-ın "İntercept" analitik portalı keçən ay bir reportajda əfqan uşaqlarının öldürülməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin ölüm dəstələrinin məsuliyyət daşdığını bildirib. 

İnsan Haqları Gözətçisi təşkilatının Asiya məsələləri üzrə direktoru Patrişiya Qasmən bununla bağlı deyib: "ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi uzun müddətdir Əfqanıstan müharibəsini öz müharibəsi hesab edir".

Hər halda, Əfqanıstanda müharibə və qan tökülməsi ABŞ-ın terrorizmlə mübarizə və təhlükəsizliyi təmin etmək kimi aldadıcı və yalançı vədlərinə baxmayaraq, davam edir və insanlar bu uğursuz ABŞ müharibəsinin qurbanlarıdırlar.