ABŞ Suriyada yeni hərbi karvan yerləşdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373666-abŞ_suriyada_yeni_hərbi_karvan_yerləşdirir
ABŞ-ın işğalçı qüvvələri Suriyadakı qanunsuz bazalarını gücləndirmək üçün İraqdan Suriyanın şimal-şərqində yerləşən Həsəkə məntəqəsinin Əl-Ramilan bölgəsinə hərbi zirehli texnika və locestik təchizat gətiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 13:36 Asia/Baku
  • ABŞ Suriyada yeni hərbi karvan yerləşdirir

ABŞ-ın işğalçı qüvvələri Suriyadakı qanunsuz bazalarını gücləndirmək üçün İraqdan Suriyanın şimal-şərqində yerləşən Həsəkə məntəqəsinin Əl-Ramilan bölgəsinə hərbi zirehli texnika və locestik təchizat gətiriblər.

SəhərAzəri xəbər verir ki,  Əl-Həsəkənin şimal-şərqində yerləşən “Səvidiyə” kəndinin yerli mənbələri ABŞ-ın regiondakı təfriqə xarakterli siyasətlərinin davamında çərşənbə axşamı İraqın şimalından,  hərbi texnika və Locestik təchizat daşıyan 40 zirehli maşının Neft sahəsi olan Əl-Rəmildə  qanunsuz hərbi bazasına daşıması haqda məlumat yayıblar.

 Ötən cümə günü də ABŞ-ın işğalçı qüvvələri 25 zirehli maşını Həsəkəhnin qərbindəki bazalarının birindən “Malikiyyə” bölgəsindəki Əl-Cair hava limanında olan qanunsuz bazalarına daşımışdı.

Qeyd edək ki ABŞ bu hərəkətləri ilə öz işğalçı planları əsasında regionad terrorçu qrupları himayə edərək təfriqə xarakterli siyasətlərini davam etdiri.