Mart 17, 2021 21:55 Asia/Baku
  • Livan sionist rejimin Hizbullahla bağlı iddialarını qınayıb

Livanın BMT-dəki nümayəndəsi sionist rejim başçılarının Hizbullaha qarşı son iddialarını qınayıb və onları əsassız ittihamlar və ölkəsinin işlərində açıq müdaxilə kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir ki, "Əl-Məyadin" xəbər kanalının məlumatına görə, Livanın BMT-dəki nümayəndəsi Səlim Bədurə vurğulayıb ki, sionist rejim təmsilçisinin Hizbullahı terrorizmdə günahlandırması və İslami Müqavimətin raketdən müdafiə sisteminin Livanlılar üçün bir təhdid olduğuna dair açıqlaması rədd edilir və qəbuledilməzdir".

Səlim Bədurə, keçən yanvar ayında da sionist rejimin yalanlarına cavab verib və deyib ki, Hizbullah, çox sayda insanı təmsil edən və ölkənin siyasi arenasında da mövcud olan sionist işğalçılara qarşı Livan müqavimətinin bir hissəsidir.

O, eyni zamanda sionist rejimin iddialrını yalan və açıq böhtan adlandırıb. 

Sionist məmurlar daima Livanı müharibə və hərbi hücumla təhdid edirlər və Hizbullah, Livan qüvvələrindən və İslami Müqavimətdən biri olaraq, bu təhdidlərə cavab verərkən, deyib: " Sionistlər praktiki addımlar atarlarsa, 33 günlük müharibədə başlarına gələnlər bir daha təkrarlanacaq".

Teqlər