Bayden Təl-Əvivin cinayətlərinə tam dəstək verib
ABŞ prezidenti deyir ki, sionist rejimin baş naziri ilə telefon əlaqəsində Təl-Əvivin özünü müdafiə üzrə haqqına təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Co Baydenin başçılıq etdiyi Amerika hökumətinin/ sionist rejimlə Qəzzə zolağı arasında gedən döyüşlərə son qoymağa kömək etmək üçün işğal edilmiş Fələstinə nümayəndə göndərdiyini iddia etdiyi bir halda, Bayden öz ifadələrində Təl-Əvivə dəstək veribdir.
Bayden cümə axşamı gününün səhər saatlarında Ağ Ev-dəki çıxışı zamanı deyibdir ki, sionist rejimin baş naziri Beynyamin Netanyahu ilə telefon söhbətində Təl-Əvivin özünü müdafiə üzrə haqqına təkid edib.
Amerika medialarının yazdıqlarına görə, o, sionistlərin Qəzzə zolağında və qəsb olunmuş şəhərlərdə fələstinlilərə qarşı təcavüzkarcasına hücumlarını himayə edərək iddia edibdir ki, bu gərginliklərin tezliklə azalacağına ümid edir. O, iddia edib ki, ərazisinə tərəf minlərlə raketin atıldığı zaman sionist rejimin özünü müdafiə etməyə haqqı çatır.