Sionist rejim və ABŞ generallarının şübhəli ölümü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378634-sionist_rejim_və_abŞ_generallarının_şübhəli_ölümü
Son həftə ərzində Amerika və sionist rejimin terrorçu ordusunun 2 generalı şübhəli şəkildə ölüb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 02, 2021 08:14 Asia/Baku
  • Sionist rejim və ABŞ generallarının şübhəli ölümü

Son həftə ərzində Amerika və sionist rejimin terrorçu ordusunun 2 generalı şübhəli şəkildə ölüb.

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) zabiti Ceym Villis Qətərdə yerləşən əl-Udeyd aviabazasında ölü tapılıb. Zabit döyüş əməliyyatları ilə bağlı olmayan insident nəticəsində ölüb. Bu gün isə sionist rejimin ən önəmli piyada diviziyalarınan birininin komandanı Şaron Asmanın ölüm xəbəri gəlib.  

55 yaşlı podpolkovnik Ceyms Villis İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds Qüvvələrinin şəhid komandanı Qasim Süleymaniyə qarşı sui-qəsd törədən şəxslərin siyahısında olub.

Xatırladaq ki, cari ilin yanvar ayında “Qüds” briqadasının hazırkı komandiri İsmayıl Qaaninin bəyanatı yayılıb. O, bəyanatda sözügedən sui-qəsddə əli olan hər kəsdən qisasın alınacağına dair söz verib.

“Siz daha hətta öz evinizdə belə rahatlaya bilməyəcəksiniz və qisasın sizi məhz orada haqlayacağı da az ehtimallı deyil”, – deyə o bildrimişdi.